CƏMİYYƏT


Yeni test gizli inkişaf edən eşitmə problemini üzə çıxaracaq

Bakı, 26 dekabr, AZƏRTAC

Yaşlı adamlar hər gün eşitmə çətinlikləri ilə qarşılaşırlar, halbuki onların eşitmə testlərinin nəticələri çox vaxt normal və ya təxminən normal olur. Bu isə o deməkdir ki, eşitmənin itirilməsi həkimlərin düşündüyündən də geniş yayılmış təzahürdür. Amma indi mütəxəssislər ənənəvi audioqramların üzə çıxara bilmədiyi gizli inkişaf edən eşitmə problemlərini müəyyən etməyin daha səmərəli üsulunu tapıblar.

Konnektikut Universiteti nəzdindəki tibb məktəbindən olan bir qrup tədqiqatçı yeni test hazırlayıb. Bu test ənənəvi testlərdə normal və ya təxminən normal eşitmə qabiliyyəti olan bəzi şəxslərdə karlıq, yaxud eşitmə çatışmazlığını müəyyən etməyə imkan verəcək. AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, yeni testlə insanın normal söhbətdə müşahidə edilən ucalıq səviyyələrinə yaxın səviyyələrdəki səs dəyişikliklərini aşkar etmək qabiliyyəti ölçülür.

Tədqiqatda audioqramları normal və ya təxminən normal olan 30-67 yaşlarında 30 adam iştirak edib. Məlum olub ki, klinik sınaqlarında normal nəticələri olan iştirakçılarda eşitmə ilə bağlı xeyli çatışmazlıqlar var. Bu isə o deməkdir ki, binaural eşitmə testi terapevtik müdaxilənin kömək edə biləcəyi həssas qrupları müəyyən edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.