CƏMİYYƏT


Yeni test qanda İİV-in səviyyəsini tez müəyyən etməyə imkan verəcək

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Yeni test qanda insanın immunçatışmazlığı vuruşunun (İİV) səviyyəsini tez müəyyən etməyə imkan verir. Testi London İmperiya Kollecinin və “DNA Electronics” şirkətinin alimləri hazırlayıblar. Qan nümunəsində virusun konsentrasiyasını müəyyən etmək üçün USB-çipdən istifadə olunur. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, virusun səviyyəsinin təhlilindən sonra qurğu elektrik siqnalı yaradır. Kompüter, noutbuk və digər gacetlər bu siqnalı oxuya bilir.

Tədqiqat zamanı cihaz sayəsində 991 qan nümunəsində virusun səviyyəsi 95 faiz dəqiqliklə müəyyən olunub. Test orta hesabla 20,8 dəqiqə vaxt aparıb. Tədqiqatçıların sözlərinə görə, yeni texnologiya hələ hazırlıq mərhələsindədir. Gələcəkdə o, pasiyentlərə qandakı virus konsentrasiyasına müntəzəm nəzarət etmək imkanı verəcək. Cihaz ucqar ərazilərdə yaşayan insanlar üçün xüsusilə faydalı olacaq.

Hazırda qanda İİV-in səviyyəsini bilmək üçün onun nümunəsini laboratoriyaya göndərmək lazımdır. Nəticə yalnız bir neçə gün sonra məlum olur. Statistikaya görə, dünyada 36 milyona yaxın insan İİV-ə yoluxub. Antiretroviruslu preparatlar qanda virus konsentrasiyasını xeyli azaldır. Lakin zaman keçdikcə virus dərmanlara qarşı davamlı ola bilər. Buna görə də onun səviyyəsinə nəzarət etmək çox vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.