ELM VƏ TEXNOLOGİYA


Yeni virus xanı balığının kütləvi məhvinə səbəb ola bilər

A+ A

Bakı, 13 avqust, Günel Məlikova, AZƏRTAC

ABŞ-ın Viskonsin ştatının yerli su anbarlarının birində xanı balığının kütləvi məhvini araşdıran tədqiqatçılar yeni virus aşkar ediblər.

AZƏRTAC “VistaNews” saytına istinadla xəbər verir ki, tədqiqatçılar ölü balıqlarda tapılmış virusa heç bir məlumat bazasında rast gəlinmədiyini qeyd ediblər. Bu günədək elmə məlum olmayan mikroorqanizmə “Böyükağızlı xanı balığının reovirusu” adı verilib.

Alimlər vurğulayıb ki, balıqların bu yeni virusa görə məhv olduğunu demək hələ tezdir.

Qeyd edilir ki, bu mikroorqanizmin balıqların məhvinə səbəb olan digər viruslarla oxşarlığı çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.