DÜNYA
Yeni vulkan püskürməsi nəticəsində Yaponiyanın Nişinoşima adasının ərazisi böyüyüb
Tokio, 19 sentyabr (AZƏRTAC). Yaponiyanın Sahil Mühafizəsi İdarəsinin yaydığı məlumata əsasən, Tokiodan 900 kilometr cənubda, Sakit okeanda yerləşən Nişinoşima adasında yeni vulkan püskürməsi baş verib.
Məlumatda bildirilir ki, Yaponiyanın cənub-şərq şelfində yerləşən adanın yaxınlığında okean mənşəli lava püskürməsi ötən ilin noyabrında başlayıb. Yeni lava püskürmələri nəticəsində Nişinoşima adasını yeni ada ilə birləşdirən körpü əmələ gəlib.
Sahil Mühafizəsi İdarəsinin havadan apardığı müşahidələr zamanı adanın mərkəzində bir neçə kraterin əmələ gəldiyi müəyyən edilib. Nəticədə Nişonişima adası şərqdən qərbə 1550 metr, şimaldan cənuba isə 1450 metr genişlənib. Başqa sözlə, adanın ərazisi son vulkan püskürməsindən sonra yeddi dəfə böyüyüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:43]
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]