DÜNYA


Yeni yaddaş toplayıcıları 256 bit şifrləmə ilə qorunacaq

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

"Kingston" şirkəti "FIPS 140-2 Level 3" sertifikatı üzrə təkmilləşdirilmiş mühafizə səviyyəsinə malik, eləcə də "XTS" rejimində aparat 256 bit "AES" şifrləmədən istifadə edən yeni "IronKey D300" və "IronKey D300 Managed" USB-fləş toplayıcılar təqdim edib. Parolu 10 dəfə səhv daxil etdikdən sonra quraşdırılmış proqram təminatı toplayıcıdakı informasiyaya girişi bağlayır və bütün məlumatları silir. Xatırladaq ki, bu ilin əvvəlində "Kingston" "Imation" şirkətinin aktivlərini, o cümlədən yeni toplayıcıların əsasını təşkil edən "IronKey" texnologiyasını satın alıb.

AZƏRTAC "4PDA" resursuna istinadən xəbər verir ki, "Kingston IronKey D300" rəqəmli imzaya malikdir ki, bu da toplayıcıya "BadUSB" kimi zərərli proqramlardan qorunmağa imkan verir. "IronKey D300 Managed" toplayıcısında "IronKey EMS" vasitəsilə parollu kompleks protokoldan və məsafəli inzibatçılıqdan istifadə olunur. Bütün şifrləmə və deşifrləmə əməliyyatları bilavasitə toplayıcının özündə yerinə yetirilərək əsas sistemdə heç nə saxlanılmır.

Proqram təminatının köməyi ilə "IronKey D300" və "IronKey D300 Managed", həmçinin qorunur. Onların korpusları IPX8 standartı üzrə suyadavamlı qatışıq sink ərintisindən hazırlanıb ki, bu da aksesuarlara uzun müddət 1 metrədək dərinlikdə qalmağa imkan verir.

Toplayıcılar 4-128 qiqabayt tutumlu versiyalarda təklif olunur. Oxuma sürəti 250 Meqabayt/saniyə, yazma sürəti 40 MB/saniyə təşkil edir. Toplayıcıların qiyməti model və quraşdırılmış yaddaşın tutumundan asılı olaraq 65 və 338 dollar arasında dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.