DÜNYA


Yenilənmiş “Viber”də stikerlər üzrə axtarış və qısa videomesajlar istifadəyə verilib

Bakı, 21 dekabr, AZƏRTAC

"Viber" messencerinin yeni versiyası "iOS" və "Android" mobil əməliyyat sistemləri ilə işləyən qurğular üçün nəzərdə tutulub. "Viber 6.5.5" messencerində qısa videomesaj göndərilməsi, stikerlər üzrə axtarış və çatlarda əlavə xidmətlər əlçatan olub.

AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, birbaşa çatın pəncərəsindən 30 saniyəlik videoçarx çəkmək mümkündür. Səsli mesaj düyməsinə sıxıb saxladıqdan sonra çəkiliş rejimi aktivləşir.

İstifadəçi "@stickers" yığdıqdan və ya "@" simvoluna sıxdıqdan sonra stikerlər üzrə sürətli axtarış aktivləşir. Eyni üsulla "Giphy", "Wikipedia" və "TheMovieDB" kimi başqa kənar xidmətlərdən istifadə etmək olar. İstifadəçi sadəcə "@" nişanına sıxmalı və siyahıdan xidməti seçməlidir. Gələcəkdə messencerdə əlçatan kənar xidmətlərin sayı artırılacaq. Bundan başqa, tətbiqin yeni versiyasında müstəvi dizaynda yeni smayllar istifadəyə verilib.

"Viber 6.5.5" versiyası yaxın günlərdə "Google Play" və "App Store" internet mağazasında əlçatan olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.