İDMAN


Yeniyetmə cüdoçularımız Yakutiyada beynəlxalq turnirdə 5 medal qazanıblar

A+ A

Bakı, 12 iyul, AZƏRTAC 

Rusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında VI Beynəlxalq “Asiyanın uşaqları” Oyunlarında cüdo yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, cüdo yarışlarının sonuncu günündə Azərbaycan millisi daha bir medal qazanıb. Yarışda 90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Cəfər Əkbərli gümüş medala sahib olub.

Bununla da, yeniyetmə cüdoçularımız “Asiyanın uşaqları” Oyunlarını bir qızıl, üç gümüş və bir bürünc medalla başa vurublar.

Ölkəmizə qızıl medalı Ağabəy Ağazadə (55 kq), gümüş medalları Əli Sadıxov (46 kq), Nazir Talıbov (50 kq) və Cəfər Əkbərli (90 kq), bürünc medalı isə Vüsal Şamilov (73 kq) qazandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.