İDMAN


Yeniyetmə cüdoçularımız yeni yarış və hakimlik qaydaları ilə bağlı məlumatlandırılıblar

Bakı, 26 yanvar, AZƏRTAC 

Yeniyetmələrdən ibarət cüdo üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışındadır.

AZƏRTAC xəbər verir ki, ölkəmizin ən güclü yeniyetmə cüdoçuları baş məşqçi Elçin İsmayılovun rəhbərliyi altında qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.

Komandamız 2017-ci ildə Litvada Avropa çempionatı, Çilidə dünya birinciliyi, Macarıstanda isə yeniyetmələrin Olimpiya festivalında iştirak edəcək.

Artıq yeniyetmə idmançılarımız, məşqçi heyəti cüdonun yeni qaydaları ilə bağlı məlumatlandırılıblar. Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov yanvarın əvvəlində Bakıda keçirilən seminarda müzakirə edilən qərarları, yeni hakimlik və yarış qaydalarını milli komandamızın üzvlərinin diqqətinə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.