İDMAN


Yeniyetmə cüdoçumuz ermənistanlı idmançıya qalib gələrək Avropa çempionu olub

A+ A

Bakı, 2 iyun, AZƏRTAC 

Azərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa birinciliyinin ilk günündə iki qızıl və bir bürünc medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 50 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev Ermənistan, Rumıniya və Macarıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub.

Əhməd Yusifov (55 kq) Türkiyə, Hollandiya, Serbiya, İtaliya və Belarus təmsilçilərini yarışdan kənarlaşdıraraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Raşxan Baxşəliyev (50 kq) isə yarımfinalda komanda yoldaşı - bu çəkidə qızıl medal qazanmış Rövşən Əliyevə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda mübarizədə israilli İdo Rab üzərində qələbəyə sevinən R.Baxşəliyev milli komandamıza növbəti medalı qazandırıb.

Qeyd edək ki, 41 ölkədən 421 idmançının (238 oğlan, 183 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.