REGİONLAR


Yeniyetmə futbolçular qüvvələrini yoldaşlıq görüşündə sınayıblar

A+ A

Babək, 22 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında idman tədbirləri uğurla davam etdirilir. Bu çərçivədə Babək rayon Vayxır kənd stadionunda yeniyetmələrdən ibarət yerli komanda ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “Darıdağ” Futbol Klubunun komandası arasında yoldaşlıq görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, yoldaşlıq görüşü Naxçıvan Şəhər və Babək Rayon Gənclər və İdman idarələri, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi “Darıdağ” Futbol Klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Görüş 7:0 hesabı ilə “Darıdağ” komandasının xeyrinə başa çatıb. Sonda hər iki komanda təşkilatçıların diplomları ilə mükafatlandırılıb.

Qeyd edək ki, “Darıdağ” Futbol Klubu Naxçıvan Muxtar Respublikasında uşaq futbolunun inkişafına öz töhfəsini verən idman qurumlarından biridir. Klub bir ildən çoxdur ki, fəaliyyət göstərir. Hazırda burada dörd yaş qrupu üzrə – 11, 12, 13 və 14 yaşlılardan ibarət komandalar yaradılıb. Daim məşq prosesi keçən qrupların hər birində 15 uşaq futbolun sirlərini öyrənir. Klub mütəmadi olaraq uşaq futboluna dəstək verir, muxtar respublikada uşaqların futbola marağını artırmaq üçün yoldaşlıq görüşləri, turnirlər və digər yarışlar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.