İDMAN
Yeniyetmə güləşçilərimiz Kaspiyskdə qüvvələrini sınayacaqlar
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-19-da Dağıstanın Kaspiysk şəhərində yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə qonşu respublikaya 8 güləşçimiz yollanıb.
Heyətdə Şahin Muxtarov (42 kq), Röyal Ağamalıyev (46 kq), Əliabbas Rzazadə (50 kq), Kənan Ağamalıyev (54 kq), Almazbek Süleymanov (58 kq), Hüseyn Hüseynzadə (63 kq), Şahmar Əzimov (76 kq) və Əli Əminov (100 kq) yer alıblar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Murad Əliyev təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]