İDMAN


Yeniyetmə güləşçilərimiz dünya çempionunun şərəfinə turnirdə yarışacaqlar

Bakı, 2 iyun, AZƏRTAC 

İyunun 6-7-də Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçiriləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız turnirdə iştirak edəcək.

Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Gürcüstana 10 güləşçimiz yollanacaq. Yarışda ölkəmizi Həsrət Cəfərov (42 kq), Zaur Əliyev, Nihat Məmmədli (hər ikisi 46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Ruslan Hədisov (63 kq), Fikrət Vəliyev (76 kq), Elşən Eyyubzadə (85 kq) və Sərxan Məmmədov (100 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.

Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı iyulun 24-30-da Bosniya və Herseqovinada, dünya çempionatı isə sentyabrın 4-10-da Yunanıstanda baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.