İDMAN


Yeniyetmə oğlanlardan ibarət millimiz Avropa birinciliyinin bürünc medalçısıdır

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən Avropa birinciliyində üçüncü yeri tutub. Qırx altı ölkədən idmançıların qatıldıqları çempionatın yarımfinalında Rusiya millisinə məğlub olan tennisçilərimiz bürünc medala sahib olublar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) AZƏRTAC-a bildiriblər ki, yeniyetmə qızlarımız Çexiya yığma komandasına və Fransa millisinə qalib gələrək doqquzuncu yeri tutublar.

Xorvatiya və Fransa millilərini məğlub edən gənc qızlarımız isə beşinci olublar.

Qeyd edək ki, bu, Azərbaycanın stolüstü tennisinin tarixində ilk belə uğurdur.

Gənclər arasında Avropa birinciliyi iyulun 17-dək davam edəcək. Qarşıda yeniyetmə və gəncləri şəxsi, qoşa və qarışıq qoşa yarışlarında gərgin mübarizə gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.