İDMAN


Yeniyetmə qılıncoynadanların Bakı birinciliyinin qalibləri müəyyənləşib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda yeniyetmələr arasında Bakı birinciliyi keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda qızlar arasında şpaqa növü üzrə Azərin İdriszadə, sablyada isə Aysel Əhədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Oğlanlar arasında şpaqa yarışlarında Barat Quliyev, sablyada isə Tuqay Zeynallı qızıl medala sahib olublar.

Yarışda ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.