İDMAN


Yeniyetmə qızlardan ibarət həndbol millimiz Rusiyada festivalda iştirak edir

Bakı, 6 iyun, AZƏRTAC

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində həndbol üzrə XVI Uşaq Festivalına start verilib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, festivalda Azərbaycanı yeniyetmə qızlardan ibarət yığma komanda təmsil edir.

Yarışda hər komanda minimum beş oyunda qüvvəsini sınayır. Bundan əlavə, oyunçuların “Festivalın Miss və Misteri” nominasiyaları uğrunda müsabiqədə iştirak etmək hüququ var.

Artıq 14 ildir keçirilən yarış “Tolyatti günü”nə həsr olunur.

Festivala iyunun 9-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.