İDMAN


Yeniyetmə sərbəst güləşçilərimiz moskvalı rəqiblərindən üstün olublar

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC 

Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə Rusiyada təlim-məşq toplanışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızın 6 üzvünün iştirak etdiyi təlim-məşq toplanışının sonunda yoldaşlıq görüşləri keçirilib. Moskva şəhərini təmsil edən 2 komanda ilə qarşılaşan yığmamız 6:0 və 5:1 hesablı qələbə qazanıb.

2000-2001-ci il təvəllüdlü idmançılar arasında keçirilən yoldaşlıq görüşü zamanı yığmamızı Tofiq Əliyev (42 kq), Ramiz Həsənov (46 kq), Mahir Məmmədzadə (50 kq), Vüsal Hüseynov (54 kq), Hacıağa Məmmədov (58 kq) və Vahid Əlizadə (63 kq) təmsil ediblər.

Xatırladaq ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin hər iki paytaxt şəhər arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə əldə etdiyi razılıq əsasında baş tutan qarşılıqlı səfərlər çərçivəsində Moskva idmançıları ötən il şəhərimizin qonağı olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.