İDMAN


Yeniyetmə stolüstü tennisçilərimiz Avropa çempionatının bürünc medalını təmin ediblər [YENİLƏNİB]

A+ A

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa birinciliyində iştirakını davam etdirir.

AZƏRTAC xəbər verir ki, turnirə yeniyetmə oğlanlar, yeniyetmə qızlar və gənc qızlardan ibarət komanda ilə qatılan millimiz ilkin mərhələdə yarımqruplardan lider olaraq çıxıblar.

Yeniyetmə oğlanlarımız (Yang Xinyu, Sadıx Sadiqov, Wang Chensi) “E” qrupunda Estoniya, İsrail, Ermənistan, yeniyetmə qızlarımız (Chen Xintai, Nəzakət Qarayeva, Zhou Çuyi) “F” qrupunda İspaniya, Avstriya, Bosniya və Hersoqovina, gənc qızlarımız (Ning Ding, Wang Miao, Məryəm İmanova, Deng Simeng) isə “F” qrupunda İtaliya və Lüksemburq yığmalarına 3:0 hesabı ilə qalib gəliblər.

Play-off mərhələsində Yunanıstan millisinə, səkkizdəbir finalda isə Rumıniya yığmasına 3:0 hesabi ilə qalib gələn yeniyetmə oğlanlarımız növbəti görüşünü İtaliya komandasına qarşı keçiriblər. Görüş millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb və tennisçilərimiz bürünc medalı təmin ediblər. Yarımfinalda komandamız Rusiya idmançıları ilə qarşılaşacaqlar.

Yeniyetmə qızlarımız play-off mərhələsində Slovakiya millisinə 3:0 hesabı ilə qalib gəlib gəlsələr də, növbəti görüşdə Rusiya yığmasına 0:3 hesabı ilə məğlub olublar. Komandamız 9-16-cı yerlər uğrunda mübarizə aparıb və ilk görüşdə Türkiyə millisinə qalib gəlib. Millimiz 9-12-ci yerlər uğrunda görüşdə Çexiya komandası ilə üz-üzə gələcək.

Play-off mərhələsində gənc qızlarımız Bolqarıstan millisinə 3:0, ardınca Almaniya təmsilçilərinə 3:1 hesabi ilə qalib gəliblər. Dörddəbir finalda qızlarımız İspaniya yığmasına məğlub olublar. Qızlarımız 5-8-ci yerlər uğrunda mübarizədə Xorvatiya millisi ilə qarşılaşacaqlar.

x x x

14:10

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa birinciliyində uğurla çıxış edir.

AZƏRTAC xəbər verir ki, turnirə yeniyetmə oğlanlar, yeniyetmə qızlar və gənc qızlardan ibarət komanda ilə qatılan millimiz ilkin mərhələdə yarımqruplardan lider olaraq çıxıblar.

Yeniyetmə oğlanlarımız (Yang Xinyu, Sadıx Sadiqov, Wang Chensi) “E” qrupunda Estoniya, İsrail, Ermənistan, yeniyetmə qızlarımız (Chen Xintai, Nəzakət Qarayeva, Zhou Çuyi) “F” qrupunda İspaniya, Avstriya, Bosniya və Herseqovina, gənc qızlarımız (Ning Ding, Wang Miao, Məryəm İmanova, Deng Simeng) isə “F” qrupunda İtaliya və Lüksemburq yığmalarına 3:0 hesabı ilə qalib gəliblər.

Play-off mərhələsində Yunanıstan millisinə, səkkizdəbir finalda isə Rumıniya yığmasına 3:0 hesabi ilə qalib gələn yeniyetmə oğlanlarımız növbəti görüşünü İtaliya komandasına qarşı keçirəcəklər.

Yeniyetmə qızlarımız play-off mərhələsində Slovakiya millisinə 3:0 hesabı ilə qalib gəlib gəlsələr də, növbəti görüşdə Rusiya yığmasına 0:3 hesabı ilə məğlub olublar. Komandamız 9-16-cı yerlər uğrunda mübarizə aparacaq və ilk görüşdə Türkiyə millisi ilə qarşılaşacaq.

Play-off mərhələsində gənc qızlarımız Bolqarıstan millisinə 3:0, ardınca Almaniya təmsilçilərinə 3:1 hesabi ilə qalib gəliblər. Dörddəbir finalda qızlarımız İspaniya yığması ilə qarşılaşacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.