İDMAN


Yeniyetmə və gənc karateçilərimiz lisenziya xarakterli dünya kubokunda iştirak edəcəklər

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət seçmə komandasının üzvləri dünya kuboku yarışında iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, iyunun 26-dan iyulun 2-dək Xorvatiyanın Umaq şəhərində 14-15 yaşlı yeniyetmələr arasında keçiriləcək turnirdə ölkəmizi Fərid Ağayev (52 kq), Rüfət İsgəndərov (52 kq), Hüseyn Məmmədli (57 kq), Tale Yaqubov (57 kq), Elçin Quliyev (57 kq), Fərid Abdulkərimov (63 kq), Rəşid Xudaverdiyev (63 kq), Hüseyn Hüseynzadə (70 kq), Ayla Rzazadə (54 kq) və Ceyhun İsmayılov (kata) təmsil edəcəklər.

16-17 yaşlı gənclər arasında yarışda isə Müseyib Məmmədov (55 kq), Tural Yaqubov (68 kq), Murad Balakişiyev (76 kq), Musa Sarızadə (76 kq-dan yuxarı), Fidan Teymurova (48 kq) və Mədinə Sadıqova (53 kq) mübarizə aparacaqlar.

12-13 yaşlı oğlan və qızlar arasında perspektivli idmançılardan Fərid Savadov, Namiq Quliyev və Fidan Dadaşova da təcrübələrini artırmağa çalışacaqlar.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası idarə heyətinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə yarışa yollanan heyətdə 14-18 yaşlı yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, 21 yaşadək gənclərin baş məşqçisi Şahin Xudaverdiyev, eləcə də beynəlxalq hakimlərdən Cahangir Babayev və Vüqar Kərimov yer alıblar.

Qeyd edək ki, yeniyetmə və gənclər arasında dünya kuboku 2018-ci ildə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında karate yarışlarına lisenziya verən üç rəsmi yarışdan birincisi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.