CƏMİYYƏT


Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinə dair layihənin icrası başa çatıb

Bakı, 5 iyul, AZƏRTAC

“Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə” layihəsi çərçivəsində sonuncu tədbir Bakıda keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır.

Tədbirdə layihə rəhbəri Cavid Əliyev çıxış edərək görülən işlər barədə ətraflı məlumat verib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bu sahədə görülmüş işlərdən danışıb.

Sonra təlimçi Vüsalə Xəlilova sağlam həyat tərzi, zərərli vərdişlər mövzusunda təqdimatla çıxış edib.

Sonda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.