REGİONLAR


Yeniyetmə zəka sahibləri Balakəndə bacarıqlarını sınayırlar

A+ A

Balakən, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təqvim planına uyğun olaraq, Balakən şəhərində 6-16 yaş yeniyetmələr arasında şahmat üzrə respublika birinciliyinin şəxsi seçmə yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, Balakən rayonu inteqrasiya təlimli internat tipli gimnaziyada təşkil olunan seçmə yarışlarda respublikamızın 12 şəhər və rayonunu təmsil edən 100-dən artıq şahmatçı oğlan və qız 6 yaş qrupunda mübarizə aparır. Hər yaş qrupu üzrə ilk üç yeri tutacaq şahmatçılar respublika birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaq, həmçinin diplom və medallarla mükafatlandırılacaqlar.

Yarışların baş hakimi Vaqif Ocaqverdiyevdir.

Seçmə yarışlar oktyabrın 31-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.