İDMAN


Yeniyetmələrdən ibarət taekvando millimiz Bolqarıstanda  beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 20-də yeniyetmə taekvandoçulardan ibarət milli yığma komandamız Bolqarıstana yola düşür.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvando Federasiyasının məşq zalında təlim-məşq toplanışını başa vuran milli komandamız avqustun 21-28-də Bolqarıstanın paytaxtı Sofiyada bir neçə ölkənin iştirak ilə keçiriləcək beynəlxalq təlim-məşqlərdə iştirak edəcək.

Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə 10 idmançımız bu məşqlərə qatılacaq. Oğlanlardan Nihad Əlizadə, Riyad Şirəliyev, İsmayıl İsmayılov, Yaşar Məmmədli, Pərviz İsgəndərov, qızlardan isə Aysu Məmmədova, Gülsüm Həsənzadə, Ofeliya Allahverdiyeva və Aydan Əliyeva komandanın heyətində yer alıblar.

Millimiz iyulun 28-də Vətənə qayıdacaq.

Avqustda Misirdə yeniyetmələr arasında dünya birinciliyi keçiriləcək. Komandamızın bu məşqlərdə iştirakı da birinciliyə hazırlıq məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.