İDMAN


Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək velosipedçilər müəyyənləşib

Bakı, 22 iyun, AZƏRTAC

İsmayıllıda velosiped idmanının şose növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi start götürüb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildirilib ki, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən və 100-dək idmançının iştirak etdiyi yarışın ilk günündə velosipedçilər fərdi ötüşmədə mübarizə aparıblar.

İyunun 21-22-də qrup ötüşməsi üzrə üç yaş kateqoriyasında qaliblər müəyyənləşib. Bundan başqa, bu yarış gününün nəticəsinə əsasən, iyulun 23-30-da Macarıstanda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək velosipedçilər də müəyyənləşib.

Beləliklə, 2001-2002-ci il təvəllüdlü oğlanların yarışının nəticələrinə əsasən, Azərbaycan çempionu olmuş Osman Qəhrəmanov Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil etmək hüququ qazanıb. Bunadək Qadir Süleymanov və Nəcəf Bağırov bu hüquqa yiyələniblər. Qızlar arasında isə Validə Cabbarova, Ayan Xankişiyeva və Elfanə Camalova Macarıstanda ölkəmizin idman şərəfini qoruyacaqlar.

İyunun 22-də gənc velosipedçilər qrup ötüşməsindən sonra yarışa yekun vurulacaq.

Azərbaycan birinciliyinin nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və idmançıların reytinq cədvəlində əksini tapacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.