İDMAN


Yeniyetmələrin Avropa çempionatında 1 qızıl və 4 bürünc medal

Bakı, 22 may, AZƏRTAC 

Serbiyanın paytaxtı Belqradda yeniyetmələr arasında Avropa çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatda iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar.

Bütün rəqiblərindən üstün olan Riyad Aslanov (42 kq) çempionatın qızıl medalını qazanıb. Bürünc medalları isə yığmamızın aktivinə Məmməd Əhmədov (53 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov və Fərid Cabbarov (hər ikisi 73 kq) yazdırıblar.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.