DÜNYA


Yens Stoltenberq: NATO-nun növbəti sammiti 2017-ci ildə Brüsseldə keçiriləcək

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

NATO-nun növbəti sammiti 2017-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq NATO-nun Varşavada keçirilən sammitinin son iş sessiyasından sonra baş tutan mətbuat konfransında bildirib.

“Biz 2017-ci ildə Brüsseldəki yeni mənzil-qərargahımızda keçiriləcək sammitdə növbəti görüşümüzü gözləyirik”, - deyə Stoltenberq qeyd edib.

Varşavada baş tutan sammiti şərh edən NATO-nun Baş katibi onu uğurlu hesab etdiyini vurğulayıb.

“Bu uğurlu sammitdir. O, tarixi xarakter daşıyır, çünki təhlükəsizliyimiz üçün çətin zamanlarda keçirilir. Biz böyük təhlükələrlə qarşılaşırıq. Hazırda qərarlarımızı həyata keçirməyə başlayırıq”, -deyə o bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.