CƏMİYYƏT


Yer üzündə ən isti yer haradadır?

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

1913-cü il iyulun 10-də Kaliforniyanın “Ölüm vadisi” adlı ərazisində dünya üzrə maksimum temperatur - 56,66 dərəcə isti qeydə alınıb. Amma tezliklə, yəni 1922-ci il sentyabrın 13-də Liviyada 58 dərəcə rekord temperaturun olduğu müəyyən edilib. Ümumdünya Meteorologiya Təşkilatı ən isti yer kimi Liviyanı tanıyıb.

AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, temperatur rekorduna 2010-2012-ci illərdə Ümumdünya Meteorologiya Təşkilatının klimatologiya komissiyası tərəfindən yenidən baxılıb. Komissiya üzvləri bəzi şübhəli məqamları üzə çıxarıblar. Məlum olub ki, tədqiqatçılar Liviyada 7 dərəcə səhvə yol veriblər. Nəticədə komissiyanın qərarı ilə Yer üzündə ən isti yer “Ölüm vadisi” sayılıb.

Keçən ayın orta temperaturu 38,8 dərəcə ilə meteoroloji müşahidələr tarixində ən isti iyun olub. Müqayisə üçün deyək ki, havanın orta temperaturu Selsi ilə 105 il ərzində 35,2 dərəcə isti olub.

“Ölüm vadisi”ndə orta hesabla havanın temperaturu ilin 190 günü 32,2 dərəcə, 140 günü 37,7 dərəcə, 89 günü 43,3 dərəcə, 18 günü 48,8 dərəcədən artıq, 3 günü 51,6 dərəcə isti təşkil edir.

Niyə “Ölüm vadisi”ndə belə istidir? Çökəklik dəniz səviyyəsindən aşağıda yerləşir, Syerra-Nevada dağ silsiləsi isə Sakit okeandan gələn nəmin qarşısını alır. Vadi ensiz olduğundan hava burada işləmir və günəş enerjisinin qarşısını ala biləcək bitki örtüyü yoxdur. Səhra isə vadiyə çox yaxındır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.