ELM VƏ TEXNOLOGİYA


Yer və yerin süni peyklərinin təhlükəsizliyi problemləri araşdırılıb

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC 

Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Aleksey Pozanenko, REA-nın M.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun aparıcı elmi işçisi İqor Molotov və Ukraynanın Xarkov Milli Universitetinin V.Karazin adına Astronomiya Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Yuri Kruqlı Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin dəvəti ilə reallaşan səfər çərçivəsində “Yer və yerin süni peyklərinin təhlükəsizliyi problemləri” mövzusunda multidissiplinar xarakterli elmi seminar keçirilib.

Seminarda A.Pozanenko astrofizikanın çox maraqlı, lakin bu vaxtadək həllini tapmamış kosmoloji qamma-alışmalar haqqında geniş məlumat verib.

Tədbirdə digər məsələlərlə yanaşı, yaxın gələcəkdə Şamaxı Astrofizika Rəsədxanasının meqa elmi-tədqiqat layihələrinə qoşulmaq məsələsi də müzakirə edilib.

Sonda qonaqlar rəsədxana ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.