MƏDƏNİYYƏT


“Yeralaş”ın yaradıcısı Boris Qraçevski Bakıya gələcək

Bakı, 11 avqust, AZƏRTAC

Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Yeralaş” adlı əyləncəli konsert proqramı təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, konsertdə tamaşaçıları “Yeralaş”ın yaradıcısı Boris Qraçevski ilə interaktiv görüş gözləyir. Parlaq şou, şən zarafatlar, xoş sürprizlər, tamaşaçılarla oyunlar, “Yeralaş” kinojurnalının çəkilişləri zamanı baş vermiş hadisələrin xatırlanması, kinojurnalın yeni bölümlərinin nümayişi, həmçinin foyedə cizgi filmlərinin qəhrəmanları ilə pulsuz fotoçəkiliş həm uşaqlar, həm də valideynlər üçün maraqlı olacaq.

Biletləri şəhərin bütün kassalarından, həmçinin iTicket.az saytından əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.