DÜNYA


Yerevanda keçirilən mitinqdə Ermənistan prezidentinin istefası tələb edilir

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Yerevanda müxalifət tərəfdarlarının mitinqi keçirilir. Mitinqdə çıxış edən deputat Nikol Paşinyan Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb edib. O, hakimiyyətin siyasətini kəskin şəkildə tənqid edib. “Bizim ən vacib məqsədlərimizdən biri Serj Sarkisyanın istefasına nail olmaqdır”, - deyə deputat qeyd edib.

Nikol Paşinyan çoxsaylı mitinq iştirakçılarını polislərə qarşı zorakılıqdan çəkinməyə çağırıb: “Biz polisə və digər hüquq mühafizə orqanlarına zorakı hərəkətlərə əl atmaları üçün əsas verməməliyik. Hətta onlar belə hərəkətlərə yol versələr biz cavab verməməliyik. Bizim məqsədimiz qeyri-zorakı, sivil siyasi mübarizədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.