DÜNYA


Yerevanda kütləvi iğtişaşlar : 16 nəfər həbs olunub, 50 nəfər yaralanıb

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Yerevanda iyulun 20-də baş verən kütləvi iğtişaşlarla əlaqədar cinayət işi açılıb və təşkilatçılıqda şübhəli bilinən 16 nəfər həbs olunub.

AZƏRTAC Lenta.ru saytına istinadla xəbər verir ki, nümayiş dağıdılandan sonra paytaxtın polis bölməsinə 136 nəfər gətirilib. İyulun 21-də respublikanın təhqiqat komitəsi kütləvi ixtisasların təşkilinə dair cinayət işinə başlayıb.

Xatırladaq ki, silahlı qruplaşma tərəfindən ələ keçirilən Yerevan şəhərinin polis bölməsinin qarşısında keçirilən nümayiş hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb. Nəticədə daşların və gözyaşardıcı qazların da istifadə olunduğu iğtişaşlar nəticəsində aralarında 28 polisin də olduğu 50 nəfərdən artıq insan yaralanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.