DÜNYA


Yerevanda polis binasını ələ keçirən silahlı qruplaşma 2 girov polisi azad edib

A+ A

Bakı, 23 iyul, AZƏRTAC

Ermənistanın paytaxtında post-patrul xidməti polkunun binasını ələ keçirən silahlı qruplaşma 2 girov polisi azad edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, girovluqda saxlanılan 2 sıravi polis əməkdaşı heç bir ilkin şərt irəli sürülmədən azad olunub.

Məlumata görə, polisin və Milli Təhlükəsizlik Xidmətinin nəzarəti altında olan neytral zonada 24 saat ərzində informasiya yaymaq üçün fəaliyyət göstərəcək mətbuat mərkəzi yaradılacaq. Bundan sonra silahlı qruplaşma əllərində qalan son iki girovu – Ermənistan polis rəisinin müavini general-mayor Vardan Yegizaryanı və Yerevan şəhər polis rəisinin müavini polkovnik Valeri Osipyanı azad edəcək.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb. Binanı ələ keçirən silahlılar “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.