DÜNYA


Yerevanda yaraqlılar tibb işçilərinin azad olunması üçün şərtlərini bildiriblər

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Yerevanda post-patrul xidməti polkunun binasını ələ keçirən silahlı qrupun üzvü Varucan Avetisyan girov götürdükləri tibb işçilərini azad etmək üçün şərtini bildirib.

İyulun 27-də Ermənistan Səhiyyə Nazirliyi silahlı qrup tərəfindən təcili tibbi yardım briqadasının 4 əməkdaşının, o cümlədən bir qadının girov götürüldüyü barədə bəyanat yayıb.

Qruplaşma üzvləri tibb işçilərinin əvəzinə səhiyyə naziri Armen Muradyanın onlara təslim olmasını tələb edib. Sonradan girovlardan biri azad olunub.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb. Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir.

İyulun 27-də Ermənistanın xüsusi təyinatlı dəstəsi qruplaşmanın ələ keçirdiyi binaya daxil olmağa cəhd göstərib. Əməliyyat nəticəsində qruplaşma başçısı Pavel Manukyan və onun oğlu güllə yarası alaraq xəstəxanaya aparılıb. Qruplaşmanın digər üzvləri Qaqik Yegiazaryan və Aram Akopyan isə könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.