MƏDƏNİYYƏT


Yerli caz ifaçılarından maraqlı konsert proqramı

Bakı,16 fevral, Flora Şükürova, AZƏRTAC

Fevralın 16-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konserti olub.

AZƏRTAC xəbər verir ki, “jAzzeri Bands” adlı musiqi axşamında milli və dünyaca məşhur caz ustalarının əsərləri səsləndirilib.

Konsertdə Əməkdar İncəsənət xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Xalq Artisti Ənvər Sadıqov, Əməkdar artistlər Akif Süleymanbəyli və Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), “Rast” və “Qaya” qrupları bir-birindən maraqlı musiqi nömrələri təqdim ediblər.

Anşlaqla keçən musiqili gecə maraqlı anlarla yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.