MƏDƏNİYYƏT


Yerli gənc caz ifaçılarının yekun konserti olub

A+ A

Bakı, 25 oktyabr, Flora Şükürova, AZƏRTAC

Oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində yerli gənc caz ifaçılarının yekun konserti olub.

AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil edilib.

Konsertdə gənc ifaçılar bütün vokal imkanlarını nümayiş etdiriblər. İfaçıların repertuarında caz musiqisinin pop və klassik musiqi nömrələri səslənib. İfaçılar konsertdə öz repertuarlarından sevilən musiqilər və yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini də səsləndiriblər.

Müxtəlif janrların sintezindən ibarət universal musiqi üslubunun nümayiş olunduğu konsert proqramı maraqla qarşılanıb. Sonda gənc caz ifaçıları diplom və hədiyyələr ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.