CƏMİYYƏT


“Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda təlim keçirilib

Bakı, 23 may, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda təlim keçirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim çərçivəsində bələdiyyə sisteminin insan hüquqlarının müdafiəsinə təsiri, gender bərabərliyinin təmin edilməsi sahəsində beynəlxalq sənədlərin mahiyyəti, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində mexanizmlər və sistemlər barədə məlumat verilib.

Eyni zamanda, ölkədə gender bərabərliyinin təmin edilməsi və məişət zorakılığı ilə mübarizə, erkən nikahların qarşısının alınması və digər indikatorlar üzrə təlimdə iştirak edən şəxslərə məlumatlar çatdırılıb.

Təlim qadın hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrənilməsi, əhali arasında maarifləndirmənin gücləndirilməsi və bələdiyyənin rolunun artırılması məqsədini daşıyır. Təlimdə dövlət qadın siyasəti, insan hüquqlarının müdafiə sistemində gender bərabərliyinin təmin edilməsi, qadınların yerli idarəçilikdə iştirak etmək yolları və bu sahədə mövcud olan təcrübələr, əsas anlayışlar (təriflər), cinsi ayrı-seçkilik anlayışı və “Azərbaycanda qadın hüquqlarının müdafiəsi mexanizmi” mövzularında müzakirələr aparılıb.

Təlim yerli bələdiyyə nümayəndələri üçün təşkil edilib.

May ayı ərzində Abşeron, Quba, Xaçmaz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında təşkil olunan təlimlərin davamı Saatlı, İmişli, Beyləqan rayonlarında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.