SİYASƏT


“Yerusəlim Post” qəzetində Ermənistanın növbəti təxribatı ilə bağlı məqalə dərc edilib

Bakı, 8 iyul, AZƏRTAC 

İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun İsrailin “Yerusəlim Post” qəzetində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki gərginlik: Azərbaycanlı qız və nənəsi - erməni vəhşiliyinin qurbanı kimi” adlı məqaləsi dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Allahverdiyeva Sahibə İdris qızının və onun nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı qeyd edilib.

“Azərbaycanlı körpə və onun nənəsinin öldürülməsi bir daha Ermənistanın terrorçu və işğalçılıq siyasətini açıq şəkildə nümayiş etdirir. Sarkisyanın təcavüzkar siyasətinə bəraət qazandıran çıxışlarından da bəlli olur ki, o, məsuliyyətsizdir və uzaqgörən siyasətçi deyil”, - deyə məqalədə qeyd olunub.

İsrailli ekspert Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçi rol oynayan ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətindəki fəaliyyətinə toxunub, münaqişə ilə bağlı BMT TŞ-nin 4 qətnaməsinə Ermənistan tərəfinin əməl etmədiyini vurğulayıb.

Məqalədə, həmçinin 2016-cı il aprel ayında cəbhə xəttində Ermənistan ordusunun təxribatı haqda məlumat verilib. Bildirilib ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu cür əməllərlə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyini ortaya qoyur.

“Ermənistan siyasi dairələri münaqişənin həllində maraqlı deyillər. Cəbhə bölgəsində baş vermiş son qanlı hadisə bir daha onu göstərir ki, status-kvonun dəyişdirilməsi labüddür. Dünya birliyi günahsız insanların ölümünə göz yummamalıdır. Beynəlxalq birlik Zəhra üçün ədalət tələb etməlidir”, - deyə məqalənin sonunda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.