DÜNYA


Yerusəlimdə terror aktı: 2 ölü, 6 yaralı

A+ A

Bakı, 9 oktyabr, AZƏRTAC

Yerusəlimdə törədilən terror aktı zamanı yaralanmış iki israilli həyatını itirib. Yaralanan daha 6 nəfər xəstəxanalarda müalicə olunur.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bazar günü səhər saatlarında ərəb mənşəli şəxs tramvay dayanacağındakı insanlara, avtomobillərə və onu təqib edən polislərə atəş açaraq 8 nəfəri yaralayıb. Həkimlərin məlumatına görə, yaralananlardan 2-si ölüb. Onlardan biri yaşlı qadın, digəri polis işçisidir.

Hücum edən şəxs öldürülüb. Onun 39 yaşında ərəb mənşəli İsrail vətəndaşı olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.