REGİONLAR


Yevgeniya Şilyayeva: İvanovkalılara öz milli adət-ənənələrini yaşatmaq üçün hər cür şərait yaradılıb

A+ A

İsmayıllı, 22 iyul, AZƏRTAC 

“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” III Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları proqram çərçivəsində İsmayıllıya, malakanların kompakt yaşadıqları İvanovka kəndinə səfər ediblər. On yeddi ölkədən olan gənclər respublikamızın digər bölgələrində, o cümlədən 1847-ci ildən burada məskunlaşan rusların yerli sakinlərlə qaynayıb-qarışdığının, Azərbaycandakı multikultural dəyərlərdən bəhrələndiklərinin bir daha şahidi olublar.

Yay məktəbinin iştirakçısı olan Rusiyanın Ural Federal Universitetinin magistri Yevgeniya Şilyayeva AZƏRTAC-a deyib: “İvanovkalılarla, onların həyat tərzi, iş-gücü ilə tanış olduq. Folklor qrupunun çıxışı məndə gözəl hisslər yaratdı. İvanovkalılara öz milli adət-ənənələrini yaşatmaq üçün hər cür şərait yaradılıb. Gördük ki, Azərbaycan onlar üçün doğma vətən, azərbaycanlılar isə sevimli vətəndaşlardır”.

“Birgə oxuduq, rəqs etdik, gözəl mədəniyyət evləri ilə tanış olduq. İvanovkalılar rus adət-ənənələrini yaşatsalar da, burada Azərbaycanın adət-ənənələrinin sintezini də görürük. Bu, əlbəttə, ölkənizdəki multikultural dəyərlərdən irəli gəlir. Bu mənada ölkənizi heç vaxt unutmayacağam”, - deyə Yevgeniya Şilyayeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.