CƏMİYYƏT


Yevlax Şəhər Mərkəzi Xəstəxanasında baş verən yanğında ölən və xəsarət alan yoxdur VİDEO

Bakı, 27 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi Yevlax Şəhər Mərkəzi Xəstəxanasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 oturacaq yanıb. Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyə olunub. Ölən və xəsarət alan yoxdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.