CƏMİYYƏT


Yevlax rayon sakini istifadəyə yararsız bir ton at ətini satmaq istəyən zaman saxlanılıb

Bakı, 11 yanvar, AZƏRTAC

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yevlax rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Rəmzi Həsənov mənşəyi məlum olmayan bir ton əti satmaq istəyən zaman saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.