REGİONLAR


Yevlax şəhərində “Gömrük və gənc nəsil” mövzusunda məktəblilərlə görüş keçirilib

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası gömrük xidmətinin yaradılmasının 25 illik yubileyi ilə əlaqədar olaraq Yevlax şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Gömrük və gənc nəsil” mövzusunda məktəblilərlə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Yevlax Gömrük İdarəsinin əməkdaşları Nurlan Nuriyev, Ramil Mədətov və Xətayi Məmmədli iştirak ediblər.

Gömrük əməkdaşları məktəblilərə ümummilli lider Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən söhbət açıblar. Vurğulanıb ki, məhz Ulu Öndərin rəhbərliyi altında milli gömrük siyasəti formalaşıb, gömrük sahəsində qanunvericilik bazası yaradılıb, gömrük orqanları müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunub, dünya standartlarına cavab verən gömrük sistemi yaradılıb. Hazırda isə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub.

Şagirdlərə Azərbaycan Gömrük Xidmətinin quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə də bilgi verilib.

Tədbirin sonunda məktəbin rəhbərliyi bu kimi görüşlərin şagirdlərin dünyagörüşünün genişlənməsində, onların intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynadığını bildirib və gömrük əməkdaşlarına minnətdarlığını ifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.