REGİONLAR


Yevlax və Ağdaş rayonlarında 75 min hektaradək sahənin təsərrüfat suyu ilə təchizatı yaxşılaşdırılır

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Ağdaş və Yevlax rayonlarında 75 min hektaradək sahədə təsərrüfatların suya olan tələbatının ödənilməsini yaxşılaşdırmaq məqsədilə suvarma-drenaj infrastrukturunun təmir-bərpası işlərinə start verib.

KTN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi çərçivəsində həyata keçirdiyi təmir-bərpa işləri Yevlax rayonunda yaxın günlərdə başlayacaq. Kənd infrastrukturunun inkişafı və sudanistifadəedənlər birliklərinə dəstək məqsədi ilə həyata keçirilən layihə nəticəsində Yevlax rayonunun Ərəş, Havarlı, Aydınlıq, Altunsu, Qaraməmmədli, Qoyunbinəsi, Qarabağ, Zəm-zəm və Salahlı ərazisində suvarma-drenaj infrastrukturu təmir və bərpa ediləcək.

Təsərrüfatların suyu vaxtında və qənaətlə əldə etməsi istehsal edilən məhsullar üzrə orta məhsuldarlıq göstəricilərinin artmasına səbəb olacaq.

Analoji işlər Ağdaş rayonunun Ləki, Ərəbocaq, Ağzıbir, Abad, Şəmsabad, Kükəl, Mürsəl və Nemətabad ərazisində də aparılacaq.

Layihə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihə və Kreditlərinin İdarə edilməsi Xidməti tərəfindən icra edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.