REGİONLAR


Yevlaxda 5121,84 hektar sahədə yazlıq səpin aparılıb

Yevlax, 6 iyun, AZƏRTAC

Yevlax rayonunda yaz-tarla işlərinin qızğın çağıdır. Kəndlilər, torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, indiyədək 5121,84 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 236,05 hektarı qarğıdalı, 727,42 hektarı günəbaxan, 1119,75 hektarı pambıq, 1415,62 hektarı təzə yonca, 220,3 hektarı kartof, 760 hektarı soya, 228,95 hektarı tərəvəz, 56 hektarı çuğundur, 185,25 hektarı bostan və s. bitkilərdir.

Kəndli fermerlər məhsul yığımını da davam etdirirlər. Bu günədək 19 min 503 sentner kartof, 16 min 385 sentner tərəvəz, 501 sentner meyvə yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.