REGİONLAR
Yevlaxda 850 hektar sahədə təkrar əkin aparılıb
Yevlax, 3 oktyabr, AZƏRTAC
Yevlax rayonunun torpaq mülkiyyətçiləri kartof, qarğıdalı, günəbaxan və bostan bitkilərinin yığımını başa çatdırıblar.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, sahələrdən 919 ton qarğıdalı, 885 ton günəbaxan, 2274 ton kartof, 3040 ton bostan məhsulları əldə edilib. Hər hektarın məhsuldarlığı qarğıdalı üzrə 51,1 sentner, günəbaxan üzrə 30 sentner, kartof üzrə 98 sentner, bostan məhsulları üzrə 110,1 sentnerdir. Rayonunun təsərrüfatlarında bu günədək 5876 ton tərəvəz, 9231 ton meyvə, 1423 ton üzüm və 1635 ton pambıq yığılıb.
Bundan başqa, rayonda payızlıq səpini üçün 16 min 960 hektarda şum aparılıb, 850 hektar sahədə dən və yaşıl yem üçün təkrar əkin həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]