REGİONLAR


Yevlaxda Milli Qurtuluş Günü qeyd edilib

Yevlax, 13 iyun, AZƏRTAC

Tarixdə elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynayır. Azərbaycan üçün 1993-cü ilin iyunun 15-i məhz belə tarixi günlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izləyiblər.

YAP Yevlax şəhər təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev tədbiri açaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa, dayaq olan ulu öndər Heydər Əliyevdir.

Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Xatirə Məhərrəmlinin məruzəsində 1990-cı illərin əvvəllərində baş vermiş hadisələr ətraflı təhlil edilib, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsinin aradan qaldırıldığı bildirilib.

Digər çıxışlarda da iyunun 15-i ölkəmizdə siyasi sabitliyin və sosial-iqtisadi inkişafın başlandığı bir gün kimi xarakterizə olunub, respublikamızın tərəqqisini təmin edən siyasi xəttin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Tədbir Yevlax şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.