REGİONLAR


Yevlaxda arpa biçininə 30-dan çox taxılbiçən kombayn cəlb edilib

Yevlax, 2 iyun, AZƏRTAC

Yevlax rayonunda taxılçılıqla məşğul olan fermerlər arpa biçininə başlayıblar.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 10 min 830 hektarda taxıl, o cümlədən 5 min 830 hektarda buğda, 5 min hektarda arpa becəriblər. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib.

Taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçin kampaniyasına 30-dan çox taxılbiçən kombayn, habelə xeyli sayda küləş presləyən, taxıl təmizləyən, nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilib. Mütəxəssislər bu il rayonda 35 min tondan artıq taxıl istehsal olunacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, ötən il Yevlax rayonunda 10 min 70 hektarda taxıl becərilib, 30 min 933 ton məhsul əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.