REGİONLAR


Yevlaxda aşkar edilən eradan əvvəl II-I əsrlərə aid tapıntılar Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib

A+ A

Yevlax, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Yevlax rayonunun Qaramanlı və Tərtər rayonunun Bəyimsarov kəndləri arasındakı ərazidə aparılan arxeoloji tədqiqat işləri zamanı 10 ədəd küp qəbir açılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, eradan əvvəl II-I əsrlərə aid dəfn küplərinin yanında və içərisində müxtəlif ölçülü və formalı onlarla saxsı qab – küpə, kasa, piyalə və sair, həmçinin tuncdan bəzək əşyaları və əmək alətləri (gərdənlik, qolbaqlar, oraq) aşkar edilib.

Aşkar edilən arxeoloji materialların bir hissəsi Yevlax-Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.