Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Yevlaxda hava limanı açılmışdır VİDEO

Yevlax, 10 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax hava limanının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Yenidən Yevlaxda olmağımdan çox məmnunam. Mən son illər ərzində dəfələrlə Yevlax rayonunda olmuşam, müxtəlif tədbirlərdə, açılışlarda bərabər iştirak etmişik. Bu gün isə yeni aeroportun açılışını edirik. Çox gözəl hadisədir, böyük rəmzi məna daşıyır. Çünki Yevlax aeroportunun yenidən fəaliyyətə başlaması çox əlamətdar hadisədir, ölkəmizin inkişafını, gücünü göstərir. Onu göstərir ki, vaxtilə yaradılmış bütün vacib infrastruktur obyektləri bu gün yenidən qurulur, bərpa edilir və daha da müasir görkəm alır.

Bildiyiniz kimi, Yevlax aeroportu sovet dövründə fəaliyyət göstərirdi. O vaxt uçuş-enmə zolağı o qədər böyük deyildi, ancaq kiçik təyyarələri qəbul edə bilərdi. Bu gün isə yeni zolaq tikilmişdir. İstənilən təyyarə enə bilər - “Boeing”, “Aerobus”, digər təyyarələr. Bütün beynəlxalq standartlara cavab verən bir aeroportdur və Azərbaycanın nəqliyyat infrastrukturunun yenidən qurulmasında bu aeroportun çox böyük rolu olacaqdır.

Son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna çox böyük sərmayələr qoyulmuşdur, investisiyalar cəlb edilmişdir - həm xaricdən, həm daxildən. Bu investisiyalar daha çox dövlət büdcəsi hesabına qoyulur və beləliklə, Azərbaycan artıq dünya miqyasında bir nəqliyyat mərkəzinə çevrilmişdir. Bizim çox əlverişli coğrafi mövqeyimiz vardır. Ancaq əgər nəqliyyat infrastrukturu olmasa, bu coğrafi yerləşmə böyük əhəmiyyət kəsb etməz. Məhz son illərdə bu sahəyə qoyulan investisiyalar Azərbaycanı artıq bir logistika-nəqliyyat mərkəzinə çevirmişdir. Bizim nəqliyyatımızın bütün növləri bu gün ən yüksək standartlara cavab verir, o cümlədən hava nəqliyyatı. Bu sahəyə xüsusi diqqət verilir və son illərdə Azərbaycanda tikilmiş aeroportlar, alınan yeni müasir təyyarələr və sərnişinlərə göstərilən xidmət bizim inkişafımızı əyani şəkildə göstərir.

Son 10 il ərzində Azərbaycanda bir neçə aeroport yenidən quruldu - Naxçıvan, Gəncə və Lənkəran. Bu aeroportlardan beynəlxalq uçuşlar başlamışdır. Eyni zamanda, 3 yeni aeroport tikilmişdir ki, heç vaxt olmamışdır - Zaqatala, Qəbələ və Heydər Əliyev Aeroportunun yeni aerovağzal kompleksi və yeni infrastrukturu. Bu gün açılışa hazırlanan Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında ən gözəl, ən müasir aeroportlardan biridir və yaxın zamanlarda fəaliyyətə başlayacaqdır. Yevlax aeroportunun da nəqliyyat sahəsində öz yeri var və şadam ki, bu layihə də qısa müddət ərzində icra edilmişdir. Bu, mənim bilavasitə göstərişimlə icra edilən layihədir. Əminəm ki, bu aeroportun fəaliyyəti Azərbaycan iqtisadiyyatına bir töhfə olacaqdır.

Bütövlükdə nəqliyyatla bağlı bütün məsələlər uğurla icra edilir - yollar tikilir, o cümlədən kənd yolları. Yevlax rayonunda da kənd yolları tikilir, dəmir yolu yenidən qurulur. Bakıda ən böyük dəniz limanı tikilir. Xəzər dənizindən böyük dəniz limanı Bakıda olacaqdır. Gəmiqayırma zavodu tikilir, gəmilər alınır. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və beləliklə, bu gün nəqliyyat infrastrukturunun mövcudluğu bizə yeni imkanlar verir. Əlbəttə ki, biz Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətini səbirsizliklə gözləyirik. Bu layihə də Azərbaycan tərəfindən bir təşəbbüs kimi irəli sürülmüşdür. Bizim tərəfdaşlar, qonşularımız bu layihəyə böyük dəstək vermişlər. Bakı-Tbilisi-Qars dəmir yolu birgə səylərlə tikilir və tikiləndən sonra dünya miqyasında yeni bir dəhliz olacaqdır. Həm məsafə baxımından, həm iqtisadi səmərə nöqteyi-nəzərindən bu layihənin çox böyük iqtisadi və siyasi mənası vardır. Nəzərə alsaq ki, Şimal-Cənub dəhlizi də Azərbaycan ərazisindən keçir, biz bu dəhlizin inkişafında da maraqlıyıq və öz səylərimizi qoyuruq.

Beləliklə, hesab edirəm ki, son 10 ildə nəqliyyatla bağlı qarşıda duran bütün vəzifələr artıqlaması ilə icra edildi və bu gün açdığımız aeroport bunun növbəti sübutudur.

Yevlax rayonunun inkişafına gəldikdə, çox şadam ki, son illərdə inkişaf çox sürətli olmuşdur. Böyük quruculuq işləri aparılmışdır, Yevlax müasir şəhərə çevrilmişdir. Böyük infrastruktur obyektləri, abadlıq işləri, parklar, xiyabanlar, bulvar tikilmişdir. Keçən dəfə burada olarkən bulvarda da oldum. Çox şadam ki, bu müsbət təcrübə artıq burada da tətbiq olunur. Bakı bulvarı bildiyiniz kimi, genişlənir və artıq yaxın zamanlarda 14 kilometrə çatacaqdır. Yevlax bulvarı tikilib. Kür çayı üzərində yerləşən digər şəhərlərdə bulvarlar tikilir. Bu, gözəl bir təşəbbüsdür və istirahət yeridir, insanların rahatlığı üçün yaradılan yerlərdir. Yevlaxda digər istirahət zonaları yaradılmışdır, parklar, bağçalar, iş yerləri.

Bu, mənim Yevlaxa altıncı səfərimdir və son müddət ərzində mən dəfələrlə burada müxtəlif açılışlarda iştirak etmişəm. Çox şadam ki, Yevlax çox sürətlə inkişaf edir və rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Burada qazlaşdırma uğurla gedir. Şəhər tam qazlaşdırılıbdır və hesab edirəm ki, yaxın aylarda bütün kəndlər də qazlaşdırılacaqdır. Yəni, qazlaşdırma 100 faizə çatacaqdır. İçməli su-kanalizasiya layihəsinin icrası gözlənilir və hesab edirəm ki, bir il ərzində, yaxud da, il yarım ərzində bu məsələ də öz həllini tapacaqdır. Çünki bu, çox ciddi məsələdir. Bildiyiniz kimi, indi ölkə üzrə hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir, o cümlədən Yevlaxda da bu, icra ediləcəkdir. Kənd yollarının tikintisi gedir. Bu gün biz bir kənd yolunun açılışını qeyd edəcəyik. Yəni, bütün infrastruktur layihələrinin icrası müsbət istiqamətdə gedir. Bu layihələrin mütləq əksəriyyəti Azərbaycanın dövlət büdcəsi hesabına reallaşır və büdcəmiz də son 10 il ərzində 20 dəfə artmışdır. Yəni, hesab edirəm ki, dünya miqyasında belə artım heç bir yerdə müşahidə olunmur. İqtisadi artım əlbəttə ki, büdcə xərclərinin artımına gətirib çıxarmışdır və bütün iqtisadi uğurlar məqsədyönlü şəkildə ölkəmizin, regionların inkişafına yönəldilir. Şadam ki, ikinci regional inkişaf proqramı uğurla başa çatır. Növbəti proqram hazırlanır və növbəti 5 il ərzində hər bir rayon üzrə, o cümlədən Yevlax rayonu üzrə əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, gələcəkdə biz sizinlə hələ çox görüşəcəyik. Çünki burada açılışlar çox olacaqdır və gözəl tədbirlərdə bir-birimizi təbrik edəcəyik. Sağ olun.

X X X

Yevlaxın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən Şahin KƏRİMOV dedi:

- Möhtərəm cənab Prezident, icazə verin, yevlaxlılar adından Sizi salamlayım, şəhərimizə “Xoş gəlmisiniz!” deyim. Son 10 ildə ölkəmiz böyük nailiyyətlər əldə etmişdir. Artıq indi bizim güclü dövlətimiz vardır. Biz öz güclü dövlətimizlə fəxr edirik! Hər bir azərbaycanlı fəxr edir ki, o, Azərbaycanın vətəndaşıdır, güclü Azərbaycan dövlətinin vətəndaşıdır. Bu güclü dövləti Siz bizə bəxş etmisiniz, cənab Prezident.

Bu gün açılışına toplaşdığımız bu hava limanı Azərbaycanın yeni bir nailiyyətidir. Bu hava limanından təkcə yevlaxlılar deyil, ətraf rayonların əhalisi də istifadə edəcək, sərbəst uçuşlar edəcəkdir. Eyni zamanda, bu hava limanı Yevlaxın iqtisadiyyatına böyük uğur gətirəcəkdir. Möhtərəm cənab Prezident, belə hava limanları, Sizin dediyiniz kimi, Azərbaycanın müxtəlif bölgələrində açılmışdır. Bunlar hamısı Vətənimizə, xalqımıza xidmət edəcəkdir. Bütün bunlara görə Sizə yevlaxlılar adından öz dərin minnətdarlığımı bildirirəm.

X X X

Gənclər adından çıxış edən Əli QULİYEV Azərbaycanda yürüdülən gənclər siyasətinə verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

- Möhtərəm cənab Prezident, bu gün hər bir yevlaxlı, hər bir gənc fəxr edir, öz doğma şəhəri ilə qürur hissi keçirir. Qürur hissi ilə demək istəyirəm ki, son 10 ildə şəhərimiz tamamilə dəyişib, yeni görkəm alıb, gözəl, abad bir şəhərə çevrilibdir. Bu, hər birimizi qəlbən sevindirir.

Cənab Prezident, Sizin hər dəfə Yevlaxa səfərinizdən sonra şəhərimizdə daha böyük layihələr həyata keçirilir. Buna görə biz Sizi həmişə gözləyirik, həmişə Sizi görmək arzusundayıq. Şəhərimizdə gördüyünüz bütün gözəlliyi, bütün yeniliyi yevlaxlılar məhz Sizin qayğı və diqqətinizdən aldıqları enerji ilə qurub yaradırlar. Şəhərimiz haqqında söylədiyiniz çox dəyərli sözlər yevlaxlıların zəhmətinə verilən ən böyük mükafatdır. Mən inanmıram ki, dünyanın hər hansı bir ölkəsində 10 il ərzində bu qədər yeniliyə, bu qədər tərəqqiyə nail olunsun. Bu, yalnız Azərbaycana və yalnız Sizə məxsusdur, cənab Prezident, gənclərə göstərilən qayğı və diqqət çox yüksək səviyyədədir. Bizim üçün hər cür şərait yaradılıbdır. Belə bir şəraitdə isə gənclərimiz yüksək vətənpərvərlik ruhunda formalaşırlar. Siz bizim üçün Vətəni sevmək nümunəsisiniz. Vətənini sevən, Prezidentini dəstəkləyən bir gənc olaraq bildirmək istəyirəm ki, biz hər an Sizinləyik. Siz də bizə güvənə bilərsiniz. Çünki bizim ürəyimiz Sizinlədir.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

X X X

Azərbaycan Prezidenti hava limanının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Yevlax hava limanının planını əks etdirən stendə baxdı.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verdi ki, Yevlax hava limanı istismar olunduğu dövrdə öz inkişafının iki böyük mərhələsini yaşamışdır. Birinci mərhələ 1978-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikanın fəal aerofikasiyasının aparıldığı dövrə təsadüf edir. Bu dövrdə hava limanının fəaliyyəti təkmilləşdirilmiş, kənd təsərrüfatı aviasiyasının təmin edilməsi üçün baza yaradılmışdı. Bu çərçivədə uzunluğu 1600, eni 35 metr olan uçuş-enmə zolağı yenidən qurulmuşdu. Uçuş-enmə zolağı işıq-siqnal sistemi ilə təchiz edilmiş, uzaq və yaxın ötürücülər, radiomayak, pelenqator və dispetçer radiolokatoru quraşdırılmışdı. Bu, “Yak-40” reaktiv təyyarələrinin gecə-gündüz qəbulunu təmin etməyə və hava gəmilərində Bakı-Yevlax-Bakı, Yevlax-Naxçıvan-Yevlax, Yevlax-Minvod-Yevlax istiqamətlərində uçuşların açılmasına imkan vermişdi. Sərnişinlərə xidmət göstərilməsi üçün saatda 100 sərnişin buraxılış qabiliyyəti olan aerovağzal binası da inşa olunmuşdu. Həmin vaxtlar perronda, eyni zamanda, 4 “Yak-40” təyyarəsi yerləşə bilirdi. İkinci istiqamət üzrə “AN-2” tipli kənd təsərrüfatı təyyarələrinə xidmət göstərilməsi üçün baza yaradılmış, onlar üçün anqar, bu təyyarələrin aviasiya və radio avadanlıqlarına xidmət laboratoriyası və akkumulyator binası tikildi. O dövrdə yanacaq-sürtkü materialları anbarı və “AN-2” təyyarələri üçün 60 dayanacaq inşa edilərək hava limanı genişləndirilmişdi. Uçuş və texniki-mühəndis heyətləri, onların ailələri üçün istirahət və yaşayış şəraiti yaradılmışdı. Aviaşəhərciyin ərazisi abadlaşdırılmış, buradakı klub və digər sosial təyinatlı obyektlər təmir edilmişdi.

Prezident İlham Əliyevin diqqət və qayğısı Yevlax hava limanının inkişafında mühüm mərhələ olmuşdur. Məhz bu diqqət və qayğı nəticəsində qısa müddətdə yeni uçuş-enmə zolağı, perron, yönəldici yol inşa edilmiş, aerovağzal müasirləşdirilmiş, yardımçı bina və tikililər yenidən bərpa olunmuşdur.

Bildirildi ki, milli aviasiyamızın tarixində mühüm yer tutan Yevlax hava limanı bu ilin martından başlayan tikinti-quraşdırma işləri nəticəsində ən müasir standartlara uyğun yenidən qurulmuşdur. Burada həyata keçirilən işlər ölkəmizdə gedən inkişaf proseslərinin əyani sübutudur.

Hava limanının texniki-iqtisadi göstəriciləri barədə məlumat verilərkən diqqətə çatdırıldı ki, yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınmışdır. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr idi. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində, ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi 1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da görülən işlər sırasına daxildir. Uçuş-enmə zolağı, yönəldici yol və perron xaricdə istehsal olunan işıq-siqnal sistemləri ilə təchiz edilmişdir. Burada sərnişinlərin uçuşa gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis otaqları yaradılmışdır. Ümumi sahəsi 1300 kvadratmetr olan və dispetçer məntəqəsinin yerləşdiyi dördmərtəbəli bina da tamamilə yenidən qurulmuşdur.

Qeyd olundu ki, vağzalyanı meydan abadlaşdırılmış, 60 avtomobil tutumlu dayanacaq tikilmişdir. Hava limanının fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyası inşa olunmuş, 1300 metr uzunluğunda 10 kilovoltluq iki elektrik xətti çəkilmişdir. Bundan əlavə, radionaviqasiya sistemlərinin və işıq-siqnal avadanlığının elektrik enerjisi ilə təmin olunması üçün transformator yarımstansiyası tikilmiş və 250 kilovolt gücündə dizel generatoru quraşdırılmışdır. Burada təhlükəsizliyin təmin olunması üçün aeroport boyu 9 kilometr uzunluğunda mühafizə hasarı çəkilmişdir. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Yevlax hava limanında Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələb və normalarına cavab verən, Avropa istehsalı olan radio və meteoavadanlıq - enmə sistemi, meteosistem, hava hərəkətini idarəetmə sistemi və rabitə sistemi quraşdırılmışdır. Bir çox iritutumlu təyyarələri qəbul etmək gücündə olan Yevlax hava limanı sərnişin daşımaları ilə yanaşı, ölkəmizdə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaqdır. Hava limanına yeni yol salınmış, böyük abadlıq işləri görülmüşdür.

X X X

Dövlətimizin başçısı sakinlərlə söhbət etdi.

Prezident İlham ƏLİYEV: Yevlaxda da aeroportu bərpa etdik.

SAKİN: Hər şeyimiz var idi, bir aeroportumuz yox idi.

SAKİN: İndi dünyada nələrin baş verdiyini yaxşı görürük. Ölkələrdə müharibələr gedir, insanlar bir-birini qırır, aclıq, səfalət dünyanı başına götürüb gedir, şəhərlər dağılır. Ancaq Azərbaycan dinamik şəkildə inkişaf edir. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk. Ölkəmiz dinamik, hərtərəfli, əhatəli inkişaf edir. Mən bu sahədə az-çox təcrübəli insan kimi görürəm ki, Siz infrastrukturdan başladınız. Bunlar çox yerində olan addımlar idi. İndi ölkəmizdə bütün sahələr inkişaf edir, özü də inkişaf çox sürətlə gedir. Dünyanın super dövlətləri vardır ki, onları iğtişaşlar bürüyüb. Onlar ixtisarlar edirlər, maaşları azaldırlar, kəsirlər. Ancaq şükürlər olsun ki, Sizin rəhbərliyiniz sayəsində ölkəmiz sürətlə inkişaf edir. Hər gün televizorda görürük, Siz içməli su, kanalizasiya xətlərinin açılışını edirsiniz. Bunlardan savab, bunlardan önəmli heç nə ola bilməz. Siz bununla insanların qəlbini fəth edirsiniz, sevincini qazanırsınız. Sağ olun, var olun! Tanrı Sizi qorusun, cənab Prezident!

Prezident İlham ƏLİYEV: Azərbaycan doğrudan da inkişaf edir.

SAKİN: Respublika gözəlləşdikcə, rayonlarımız gözəlləşdikcə biz ağsaqqallar və ağbirçəklər də gözəlləşirik.

Prezident İlham ƏLİYEV: Əlbəttə.

SAKİN: Sizinlə fəxr edirik. Bütün Yevlax rayonu, hamı Sizinlə fəxr edir.

Prezident İlham ƏLİYEV: Sağ olun. Biz Yevlax rayonunun timsalında Azərbaycanın dinamik inkişafını görürük. Siz də qeyd etdiyiniz kimi, indi dünyada böhran davam edir. İqtisadi böhran bir neçə il bundan əvvəl başlamışdır, sonra maliyyə böhranına çevrilmişdir. Bundan başqa, dediyiniz kimi, müxtəlif yerlərdə siyasi böhran yaşanır, müharibələr, qarşıdurmalar, vətəndaş müharibələri. Azərbaycan isə öz yolu ilə gedir. Azərbaycan dinamik şəkildə, təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində inkişaf edir. Sabitlik əsas idi. Biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. O vaxt sabitlik yox idi. Müstəqillik əldə edən gənc dövlət demək olar ki, müstəqilliyini əldən verirdi. Ancaq Heydər Əliyevin rəhbərliyi altında sabitlik yarandı. Azərbaycan inkişafa qədəm qoydu və bu gün də bu yolla gedir.

Son illər ərzində Azərbaycan regional inkişaf proqramlarının icrası nəticəsində böyük bir yol keçmişdir. Siz də qeyd etdiyiniz kimi, infrastruktur layihələrindən başladıq. İlk növbədə, elektrik enerjisi. Çünki bunsuz heç bir inkişaf mümkün deyildir. Ondan sonra yollar, qaz, su xətləri, nəqliyyat infrastrukturu. Özəl sektora dəstək verildi. Fermerlərə 100 milyonlarla manat kreditlər verildi. İldən-ilə artan pensiyalar, maaşlar, sosial ödəmələr bu gün Azərbaycan reallıqlarını təşkil edir. Deyə bilərəm ki, dünya miqyasında iqtisadi və sosial məsələlərin həlli işində son illər ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur.

Bu yaxınlarda dünyanın ən mötəbər iqtisadi qurumu olan Dünya İqtisadi Forumu yeni bir hesablama dərc etmişdir ki, orada da rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünyada 39-cu yerdədir. Bax budur reallıq, budur bizim inkişafımız. Biz bir çox inkişaf etmiş ölkələri geridə qoyduq. Mən bir neçə il bundan əvvəl demişdim ki, biz də inkişaf etmiş ölkəyə çevrilməliyik. Biz buna nail olacağıq.

Növbəti illərdə görüləcək işlər hesabına Azərbaycan daha da sürətlə inkişaf edəcəkdir. Biz yalnız qabağa gedəcəyik, yalnız inkişaf edəcəyik. Bütün regionlar, həmçinin Yevlax daha da gözəlləşəcəkdir. Halbuki indi də çox gözəl şəhərdir, müasir şəhərdir. Mən də hər dəfə gələndə görürəm ki, şəhər gözəlləşib, abadlaşıb. Siz - burada yaşayan insanlar həm bunu görürsünüz, həm də ki, bunu təmin edirsiniz. Yəni bu, sizin zəhmətinizin hesabına baş verir.

Sizi təbrik edirəm, sizə uğurlar, cansağlığı arzu edirəm. Gələcəkdə görüşlərimiz hələ çox olacaqdır.

SAKİNLƏR: Çox sağ olun. Sizin rəhbərliyinizlə.

SAKİN: Xahiş edirəm bizim salamlarımızı Mehriban xanıma çatdırın. Deyin ki, biz hamımız onu çox istəyirik. O ki o zərif çiyinlərini Sizin daşıdığınız ağır yükün altına verir, həmişə var olsun, həmişə beləcə bir yerdə olun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

SAKİN: Allah Sizə cansağlığı versin, xoşbəxt olun! Səmimi sözümdür, Siz yaxşı prezidentlərin ən yaxşısısınız. Biz sizinləyik. Allah Sizi qorusun ki, Siz bu respublikanı daha da gözəlləşdirəsiniz.

Prezident İlham ƏLİYEV: Sağ olun.

SAKİN: Mən Bakıda oldum. Aman Allah, Bakı necə gözəldir!

Prezident İlham ƏLİYEV: Yevlax da geri qalmır.

SAKİN: Geri qalmır. İndi bütün rayonlar gözəldir. Amma Bakı ümumiyyətlə çox gözəldir. Allah Sizi saxlasın.

Prezident İlham ƏLİYEV: Bütün rayonlar bir-biri ilə yarışır. Mən də deyirəm ki, bu, yaxşı yarışdır, sağlam rəqabətdir.

SAKİNLƏR: Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Yevlaxda hava limanı açılmışdır VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir VİDEO

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur