REGİONLAR


Yevlaxda ilin altı ayında ümumi məhsul buraxılışının həcmi 6,3 faiz artıb

A+ A

Yevlax, 2 avqust, AZƏRTAC

İlin birinci yarısında Yevlax rayonunda ümumi məhsul buraxılışının həcmi 263,6 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,5 milyon manat və yaxud 6,3 faiz çoxdur. Məhsul buraxılışının 5,2 milyon manatını sənaye, 40,6 milyon manatını kənd təsərrüfatı, 10,7 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 10,3 milyon manat olub. Adambaşına 2090,4 manat ümumi məhsul istehsal edilib ki, bu da 2015-ci ilin altı ayına nisbətən 115,9 manat və yaxud 8,9 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu faktlar Yevlax rayonunda 2016-cı ilin altı ayının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.

Yığıncaqda bildirilib ki, hesabat dövründə tikinti, quruculuq və abadlıq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib. Cari ildə Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası istifadəyə verilib, rayonun 4 kəndi qazlaşdırılıb. Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 11 saylı Ərazi Vergilər Departamentinin, 100 yerlik uşaq bağçasının binalarının, Kür çayı üzərində dəmiryol körpüsünün tikintisi aparılır.

Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.