REGİONLAR


Yevlaxda quruculuq işləri davam etdirilir

Yevlax, 31 iyul, AZƏRTAC

Yevlax rayonunda tikinti və quruculuq-abadlıq işləri uğurla davam etdirilir. Rayonda yeni sosial obyektlər tikilir, infrastruktur layihələri həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları və yollar əsaslı təmir olunur.

AZƏRTAC xəbər verir ki, cari ildə İqtisadiyyat Nazirliyinin Aran regional inkişaf mərkəzinin binası, Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan kəndlərarası avtomobil yolu, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir-Aran qəsəbəsi hissəsi istifadəyə verilib. Varvara balıqartırma müəssisəsi və Varvara su elektrik stansiyası yenidən qurulub. Aşağı Qarxun və Nemətabad kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir edilib. Heydər Əliyev prospektində 55 nömrəli 5 mərtəbəli binada təmir işləri aparılıb, Sadıqcan, Fətəli xan Xoyski, İlqar Dəmirov, Əmralı Quliyev, Rəsul Rəsulov, Nasir Mansurov, Mirzə Fətəli Axundov, Akif Xəlilov, Nəriman Nərimanov küçələrində və Heydər Əliyev prospekti ilə Bakı-Ələt-Qazax avtomobil yolunun kəsişməsindəki dairədə abadlıq işləri görülüb.

Bu il şəhərdə daha 28 binanın dam örtüyünün, 4 binanın isə fasadının əsaslı təmir olunması nəzərdə tutulub. Artıq 12 yaşayış binasının dam örtüyü dəyişdirilib. Bu istiqamətdə işlər davam etdirilir. Bundan başqa hazırda Kür çayı sahilində 5 ulduzlu otelin, 12 saylı Ərazi Vergilər Departamentinin, 100 yerlik uşaq bağçasının binalarının, dəmir yol körpüsünün, Aran qəsəbəsində ailə sağlamlıq mərkəzinin tikintisi aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.