REGİONLAR


Yevlaxda taxıl zəmilərindən yüksək məhsuldarlıq əldə edilir

Yevlax, 13 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Yevlax rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 10 min 830 hektarda taxıl, o cümlədən 5 min 830 hektarda buğda, 5 min hektarda arpa becəriblər. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib.

Biçin kampaniyasına 30-dan artıq taxılbiçən kombayn, habelə xeyli sayda küləş presləyən, taxıl təmizləyən, nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilib. Bu günədək 4900 hektarda arpa, 20 hektarda buğda biçilib, 14 min 784 ton məhsul tədarük edilib. Hər hektarın məhsuldarlığı buğda sahələrində 42 sentner, arpa zəmilərində isə 30 sentnerdir. Mütəxəssislər bu il rayonda 35 min tondan artıq taxıl istehsal olunacağını proqnozlaşdırırlar.

Rayonun nümunəvi taxılçılıq təsərrüfatlarından biri Nemətabad kəndi ərazisində Sabir Zabitova məxsusdur. Fermer bildirib ki, bu ilin məhsulu üçün 17 hektarda taxıl yetişdirilib. Bir neçə gündür təsərrüfatda taxıl biçini başlayıb. Hər hektardan orta hesabla 50-55 sentner məhsul götürülür. Taxıl biçini başa çatan sahələrdə ikinci dəfə əkin həyata keçirilir. Sahələr şumlanaraq payızlıq qarğıdalı əkilir. Beləliklə də fermer bir ildə həm iki dəfə məhsul əldə edir, həm də dövlətdən iki dəfə subsidiya alır.

Hazırda rayonda taxıl biçini sürətlə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.